Logo

Pandemiya dövründə İKT-nin cəmiyyətdə roluna dair müzakirələr aparılıb

18.05.2021 14:03 731 baxış
IMG

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında pandemiya dövründə İKT-nin cəmiyyətdə roluna dair müzakirələr aparılıb.

 

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, institutun əməkdaşı Zümrüd Mahmudova “Pandemiya dövründə İKT-nin cəmiyyətdə rolu” mövzusunda məruzə təqdim edib. O, həmçinin pandemiya dövründə İKT sahəsində nailiyyətləri sınaqdan keçirmək üçün fürsət yarandığını söyləyib.

 

Məruzəçi Azərbaycan dövlətinin uzun illər İKT sahəsində apardığı ən əsas işlərdən olan “Elektron hökumət” portalı haqqında seminar iştirakçılarına məlumat verib. O bildirib ki, “Elektron hökumət”in əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Azərbaycanda karantin rejiminə görə müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeylərin, teatrların, sərgi salonlarının, mədəniyyət evlərinin, konsert zallarının, musiqi məktəblərinin öz tədbirlərini onlayn formatda keçirməsi təqdirəlayiq hallardan hesab oluna bilər.

 

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti