“ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə Gənclər Simpoziumu keçirilib.
Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib.
Bakı Dövlət Universitetində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.