Logo

ADPU-nun Tələbə Gənclər Təşkilatı muzeylərə ekskursiyalar təşkil edib

19.05.2021 14:58 591 baxış
IMG

Mayın 18-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə TGT-nin idarə heyətinin 40 nəfər üzvü "Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən bir sıra muzeylərdə ekskursiyada olublar.


Ekskursiya zamanı Milli Azərbaycan Tarixi Muzeyi, Rəngkarlıq Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində olan tələbə-gənclər Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və rəssamlıq sənətimizi əks etdirən müxtəlif eksponatlar və sərgilərlə tanış olmuş, eyni zamanda bu əzəmətli məkanların tarixi keçmişi haqqında bir sıra zəruri məlumatlar əldə etmişlər.
Ekskursiyada iştirak edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini, ADPU TGT-nin sədri İsmayıl Nəsirov son dövrlərdə ölkəmizdə muzeyşünaslığın kifayət qədər yüksək səviyyədə tərəqqi yoluna qədəm qoyduğunu vurğulayaraq deyib: "Möhtərəm Prezidentimiz İlham Əliyev milli-mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək daim artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə, xalqa xidmət etməsini zəruri sayır. 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımızda da muzey və mədəniyyət mərkəzlərinin öz fəaliyyətini yenidən bərpa etməsi üçün artıq ilkin təməlin qoyulması prosesi başlanmışdır. Biz gənclər də milli-mənəvi sərvətlərimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması yolunda üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacayıq və bu səpgidə ekskursiyaların mütəmadi şəkildə həyata keçirilməsi məqsədilə davamlı olaraq addımlar atacağıq".

Xəbər lenti