Logo

11 şagird naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib

19.05.2021 15:35 767 baxış
IMG

Rusiyanın Kuzbas bölgəsində 11 şagird xəstəxanaya yerləşdirilib.

 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yerli Tibb Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

 

Hadisə Novokuznetsk şəhərinin 26 saylı məktəbində baş verib.

 

“Məktəbdə naməlum maddənin səpilməsindən sonra 11 şagird özünü pis hiss edib. Dərhal təcili tibbi yardım mərkəzinin briqadası hadisə yerinə cəlb olunub və şagirdlər xəstəxanaya çatdırılıb”, məlumatda qeyd edilib.

Xəbər lenti