Logo

“Fenol əsaslı xalkonlar əsasında bioloji-aktiv maddələrin sintezi və tədqiqi”

20.05.2021 11:17 560 baxış

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasında “Fenol əsaslı xalkonlar əsasında bioloji-aktiv maddələrin sintezi və tədqiqi” mövzusu üzrə elmi-tədqiqatlar davam edir.

 

Fenol əsaslı xalkonlar (doymamış aromatik ketonlar), onların müxtəlif pirazol, izoksazol, pirimidin, imidazol, indazol, tiosemikarbazon və s. kimi törəmələri üzvi bir­ləşmələrin va­cib bir sinifi olub, bi­olo­ji aktivliyə ma­likdir. Tibbdə bu tip maddələrdən xər­çəng, vərəm, di­abet, malyariya, iltihab, göbələk və s. kimi xəstəliklərin mü­alicəsində dər­­man vasitələri ki­mi geniş istifadə olunur.

 

Son illər kafedranın əməkdaşları tərəfindən fenol xalkonları əsasında yeni pirazol, izoksazol, pirimidin, imidazol, indazol, tiosemikarbazon və s. kimi praktik əhəmiyyət daşıyan maddələr sintez olunmuşonların Staphylococcus aureus, Sal­monella enterica, Esche­ri­chia coli, Enterococcus faecalis, Pseudomonas aeruginosa, Coliform bacteria, Candida albicans, Aspergillus niger kimi bakteriya, eləcə də göbələklərə qarşı xassələri yoxlanılmışdır. Alınmış maddələrin xas­sələri ilə məhlul sistemlərində baş verən müxtəlif növ proseslərin əlaqəsi Nüvə Maqnit Rezonansı spek­tros­ko­pi­ya­sı­ ilə müəyyən edilmişdir ki, bu da dərman maddələrinin orqanizmdə təsir me­xa­niz­minin öyrənilməsi üçün nəzəri və praktik əhəmiyyət da­şı­yır. Hazırda göstərilən istiqamətlərdə elmi araşdırmalar davam etdirilir.

Xəbər lenti