Akademiyada bakalavriat təhsil səviyyəsində 5 ixtisas-Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Bədən tərbiyəsi və idman, Məşqçi (idman növü üzrə), Bədən tərbiyəsi və idmanda reabilitasiya, İdmah menecmenti və kommunikasiya, Məşqçilik, magistratura təhsil səviyyəsində 3 ixtisas 6 ixtisaslaşma (tədrisi ingilis dilində aparılan "İdman jurnalistikası"; "İdman tibbi və reabilitasiya"; İdman menecmenti" ixtisaslaşmaları, tədrisi Azərbaycan dilində aparılan "Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat", "Fiziki tərbiyə nəzəriyyəsi və metodikası"; "İdman məşqinin nəzəriyyəsi və metodikası" ixtisaslaşmaları) üzrə kadr hazırlığı həyata keçirilir.
Magistratura təhsil səviyyəsində Itədris ilində 59, II tədris ilində 34, cəmi 93 tələbə təhsil alır. Bakalavriat təhsil səviyyəsində I tədris ilində əyani təhsilalma formasında 1412, qiyabi təhsilalma formasında 168, cəmi 1580; II tədris ilində əyani təhsilalma formasında 1301, qiyabi təhsilalma formasında 215, cəmi 1516; III tədris ilində əyani təhsilalma formasında 1184, qiyabi təhsilalma formasında 161, cəmi 1345; IV tədris ilində əyani təhsilalma formasında 757, qiyabi təhsilalma formasında 198, cəmi 955; V tədris ilində əyani təhsilalma formasında 136 tələbə, bundan əlavə əyani təhsilalma formasında V-VII tədris illəri üzrə 57, qiyabi təhsilalma formasında VI-VIII tədris illəri üzrə 26, Akademiya üzrə bakalavriat təhsil səviyyəsində yekunu 5615 nəfər təhsil alır. Ümumilikdə Akademiyanın tələbə kontingenti 5708 nəfər təşkil edir.