Logo

20 may - Ümumdünya Travmatoloq Günüdür

20.05.2021 11:57 445 baxış
IMG

Hər il mayın 20-si Ümumdünya Travmatoloq Günü qeyd edilir.


Dünyada insanların travma xəsarətləri alması çox geniş yayılıb. Travmalardan qorunmaq üçün sağlamlığın qeydinə qalmaq, evdə, işdə, istehsalatda çalışarkən, nəqliyyat vasitələrini idarə edərkən və idmanla məşğul olan zaman təhlükəsizlik qaydalarına diqqət etmək vacibdir. 

 

Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr insanların sağlamlığına və həyatına ciddi təhlükə törədir. Bu gün aparılan maarifləndirmə kampaniyalarında bir daha vurğulanır ki, travmatizmin profilaktikası tədbirləri hər gün yüzlərlə həyat xilas edə bilər. 

 

Başda ATU-da çalışan olmaqla bütün bu peşə sahiblərini təbrik edirik!

Xəbər lenti