Logo

MSN-in müəssisəsində AzTU kafedrasının filialı açılıb

20.05.2021 15:26 659 baxış
IMG

Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb.

 

Universitetdən Tehsil.biz-ə verilən məlumata görə, məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir.

 

Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və hər iki tərəfdən nümayəndələr iştirak edib.

 

Qeyd edək ki, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı 4 otaqdan ibarətdir. Tələbələr kafedranın filialında ixtisasa uyğun tədris edilən fənnin nəzəri hissəsini mənimsədikdən sonra müəssisədə təcrübə keçəcək.

 

Filialın gələcəkdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Xəbər lenti