Logo

Azərbaycan Texniki Universitetində “Rəqəmsal təhsil texnologiyaları” mərkəzi yaradılacaq

20.05.2021 16:23 927 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal təhsil texnologiyaları” mərkəzi yaradılacaq.

 

Bununla bağlı AzTU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Xarkov Milli Radioelektronika Universitetinin rektoru, professor Valeri Semenes imzalayıblar.


Bu barədə Tehsil.biz-ə AzTU-dan məlumat verilib.

 

Qeyd olunub ki, mərkəz rəqəmsal təhsil texnologiyaları sahəsində universitetin professor-müəllim heyətinin və tələbələrinin, həmçinin sənaye müəssisələrinin əməkdaşlarının müasir biliklərə yiyələnmələri istiqamətində fəaliyyət göstərəcək.

Xəbər lenti