Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi tərəfindən "2B" onlayn hackhaton yarışının yekun mərhələsi keçirilib.
Tədbirdə ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov, Elmi işlər üzrə prorektoru Ramin Məmmədov, "Kapital Bank" ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev iştirak ediblər.
ADAU İnnovasiyalar Mərkəzinin regionda sürətlə tanındığını və belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.
Qalib komandalar Fəxri Fərman və komanda heyətlərinə Sertifikat, Kapital Bank tərəfindən hədiyyələrlə təltif edilib. Digər komandalara isə iştirakçı sertifikatları təqdim olunub.
Qeyd edək ki, layihənin tərəfdaşları arasında Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi, Kapital Bank ASC yer alıb.
Yarışın əsas nominasiyası işğaldan azad olunmuş ərazilərdə "Smart Village (Ağıllı Kənd)" sahəsi ilə bağlı olub.