Logo

Tələbələr ilk dəfə məktəblilər arasında stomatoloji müayinələr aparıblar

21.05.2021 11:42 479 baxış
IMG

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin stomatoloq həkim, rezident və tələbələri ilə məktəb kollektivi arasında görüş keçirilib.

 

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev keçiriləcək stomatoloji müayinələrin şagirdlərin sağlamlıqları üçün əhəmiyyətli olduğunu bildirib və tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib.

 

Universitetin Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Naxçıvan şəhər və muxtar respublikanın rayonlarında yerləşən ümumtəhsil məktəblərin şagirdləri arasında stomatoloji xəstəliklərin yayılmasının qarşısını almaq və xəstəlikləri tədqiq etmək məqsədilə müayinələrə başlanıldığını bildirib. Layihəyə ilk olaraq Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə start verilib. Layihə çərçivəsində məktəblilər arasında stomatoloji xəstəliklərin yayılması haqqında elmi məqalələr, tədris-metodiki vəsaitlər və yekunda dərslik hazırlamaq qarşıya məqsəd kimi qoyulub.

 

Sonra müayinələrə başlanılıb.

 

Müayinələr zamanı şagirdlərin diş xəstəliklərinə dair problemləri tədqiq olunub, o cümlədən tələbələr nəzəri biliklərini təcrübədə tətbiq ediblər. Görüş çərçivəsində keçirilən müayinələr zamanı şagirdlərə diş sağlamlığının qorunması, dişlərə qulluq barədə tövsiyələr verilib və məktəblilərə dişə qulluq vasitələri hədiyyə olunub.

​​​​​​

 

 

 

Xəbər lenti