Sumqayıt Dövlət Universitetində (SDU) qeyri-qanuni halların və rüşvətxorluq olduğu bildirilir.
Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan universitetləri"nin feysbuk səhifəsində aparılan sorğuda qeyd olunub.
Aparılan sorğuda universitetin tələbələrdən 60 manatdan başlayaraq 120, 180, 240 və daha çox dəyərdə pul tələb olunduğu fikirləri də qeyd edilib.
Tələbələr bildirib ki, universitet daxilində hər imtahan üçün 60 manat, dövlət imtahanı üçün isə 800 manat ödəniş tələb olunur.
Sorğuda universitetdə təhsilin keyfiyyətinin olmaması, ixtisası olmayan müəllimlərin hər dərsə girməsi, dərslərdə köhnə və yararsız materiallardan istifadə edilməsi, hər qrup üzrə imtahandan keçən tələbələrin sayına limit qoyulması və s. bu kimi mənfi fikirlər də yer alıb.
Qeyd: Sumqayıt Dövlət Universitetinə (SDU) qarşı qaldırılan iddialara həmin təhsil müəssisəsi tərəfindən münasibət bildirilməsini gözləyirik!