Logo

BDU-da imtahan sessiyasının keçirilməsi haqqında bir neçə qərar qəbul edilib

21.05.2021 15:25 1107 baxış
IMG

2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında aşağıda qeyd olunan qərarlar qəbul edilmişdir:

 
1. BDU-da və BDU-nun Qazax filialında dərslər 2021-ci il may ayının 31-də yekunlaşdırılsın, imtahan sessiyası 2021-ci il 07 iyun - 02 iyul tarixlərində Microsoft Teams platforması üzərindən şifahi şəkildə, iki növbədə (saat 10:00 - 13:00-dək və saat 14:00 - 17:00-dək, qeyri-iş günləri istisna olmaqla) təşkil edilsin.


2. Bütün tələbələr davamiyyətə görə 10 balla və sərbəst işlərə görə 10 balla qiymətləndirilsin. (Bu qayda universitetlə əlaqə saxlamayaraq semestr ərzində heç bir dərsdə iştirak etməmiş tələbələrə şamil olunmur.)


3. İmtahan sessiyasında onlayn iştirak edə bilməyən tələbələr üçün 2021-ci ilin avqust ayında müraciətləri əsasında onlayn formada və ya ənənəvi formada ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunsun və onların növbəti semestr başlayanadək imtahan vermələri üçün şərait yaradılsın.


4. İmtahan sualları məzmun və əhatəlilik əsas götürülərək 20-30% azaldılsın və sadələşdirilsin.


5. Bu imtahan sessiyasında üzrlü və ya üzrsüz səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün 2021-ci il 05-09 iyul tarixlərində ödənişsiz əsaslarla imtahanlar təşkil edilsin.


6. İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılsın. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası yaradılsın.

Xəbər lenti