Logo

BANM tələbələri beynəlxalq konfransın qalibi oldular

21.05.2021 17:46 677 baxış
IMG

Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti və Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyası (EAGE) Azərbaycan Bölməsinin təşkilatçılığı ilə keçirilən “Əla təhsil – neftçıxarmada müvəffəqiyyətin rəhnidir” adlı XXV Yubiley Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı keçirilib. 

 

Bakı Ali Neft Məktəbinin tələbələri konfransın qalibi olublar. Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Cavid İsayev, Fərid Qəhrəmanovun təmsil olunduğu komanda I yerə layiq görülüb. 

 

Komandanın elmi rəhbəri Bakı Ali Neft Məktəbinin müəllimi Həcər Nəbiyeva olub. Bundan başqa, konfrasda II yerin sahibi də BANM-in Neft-qaz mühəndislisi ixtisasının tələbəsi Eldar Əsgərov olub.

Xəbər lenti