Logo

“Vətəndə təhsil” imkanlarına dair vebinar

22.05.2021 15:38 486 baxış
IMG

Mayın 20-də  Gürcüstan, Ukrayna və Rusiyada yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib. Vebinar Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
 

Tədbirdə 20 ali təhsil müəssisəsindən 30-dan çox əməkdaş, həmçinin adları keçən ölkələrdə yaşayan müxtəlif ictimai birlik, təşkilat rəhbərləri, üzvləri, o cümlədən Azərbaycanda təhsildə maraqlı olan abituriyent və tələbələr iştirak edib.
 

Tədbir zamanı 6 ali təhsil müəssisəsinin təqdimatı keçirilib, Azərbaycanda təhsil imkanlarına dair məlumat verilib.
 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti