Logo

Ağstafada 14 yaşlı məktəblini maşın vurub

22.05.2021 16:17 970 baxış
IMG

Ağstafada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Cavid Oruclunu vurub.

 

14 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti