Uşaqları və yeniyetmələr üçün “LITTLE YARAT” layihəsi çərçivəsində küçə fotoqrafiyası janrına həsr olunmuş ustad dərsləri təşkil olunub.
“YARAT” Müasir İncəsənət Mərkəzindən bildirilib ki, “Artım” layihə məkanında reallaşan ustad dərsləri 3 hissədən ibarətdir.
İlk iki dərs - “Fotoqrafiya sənətinə giriş. Nəzəriyyə və mütəxəssis məsləhətləri” və “Şəhərdə gəzinti və çəkiliş” mövzularına həsr edilib. Üçüncü dərs isə ayın 29-da “Çəkilmiş fotoların baxışı və təhlili” adı altında keçiriləcək.
Dərslər Sevinc Aslanovanın rəhbərliyi ilə aparılır.