Logo

Universitetlərin idarəedilməsi

24.05.2021 11:02 476 baxış
IMG

IV sənaye inqilabı və bu inqilabdan qaynaqlanan rəqəmsallaşma prosesi universitetlərin idarəedilməsinə də yeni yanaşma tələb edir.

 

Azərbaycanda (eləcə də bir çox digər ölkələrdə!)  universitetlər elm və təhsil prosesini birgə həyata keçirən fakültələr, kafedralar, elmi-tədqiqat laboratoriyaları və digər bölmələr kimi qəbul edilir.

 

Universitetlərin idarəedılməsi isə xətti-funksional yanaşma əsasında qurulur. Etiraf etmək lazımdır ki, xətti-funksional idarəetmə mövcud  proseslərin idarəedilməsinə, maddi və maliyyə vəsaitlərinin hərəkətinə nəzarət etməyə imkan verir. Amma bu yanaşmanın həm də olduqca konservativ olduğu etiraf edilməlidir. Belə ki, təhsil prosesində tələb olunan innovativ yenılıklərin tətbiqi bir çox hallarda sərt inzibati idarəetmə vertikalını əsas tutan xətti-funksional yanaşma ilə ziddiyyət təşkil edir. Bu ziddiyyətin həlli mərkəzləşdirilmiş idarəetmə sistemindən imtina etməyi, xətti-funksional yanaşmadan proseslərin idarəedilməsi yanaşmasına keçidi qaçılmaz edir. 

 

Nəticədə isə, “smart universitet”lər gündəmə gəlir...

 

Ədalət Muradov

UNEC-in rektoru

 

Xəbər lenti