Qərbi Kaspi Universitetinin tələbələri universitet haqqında olan şikayətlərini "Tehsil.biz" redaksiyasına bildiriblər.
Şikayəti olduğu kimi təqdim edirik:
"Salam. Biz Qərbi Kaspi Universitetinin 1-ci kurs tələbələri olaraq qrup adından şikayətimiz var. Bunu da sizə çatdırmaq istəyirəm. Biz bu pandemiya şəraitində onlayn təhsil alırıq. Buna baxmayaraq yaxından semestr imtahanı gəlir. Bu imtahan sualları bizə təqdim olunmur. Əlavə olaraq 1 fəndən 60 mövzu başlığı kimi açıq suallar atılır və get, öyrən deyirlər. Bu demək olar ki kitab deməkdir. 1 mövzunun ümumi cavabı 4 səhifədir. 60 mövzunu tələbə necə öyrənsin?! Testlərlə isə imtahan sırasında tanış olacağımız deyilir. Elə fənn var ki heç o mövzuları belə atılmayıb. O suallar belə yoxdur. Bu bir qırağa, bu şəraitdə qayib limitini də qoyublar. Heç düşünmürlər ki rayonda qalan tələbə nə etsin bəs? Gündə hər saatdan bir işıqlar sönür. Dərsə girmək olmur. Bununla bərabər imtahanı komputerdə verməyimiz mütləq şərt kimi ortaya qoyulub. Qrupda elə uşaq var ki, rayonda qalır və komputeri yoxdur. İmkansız tələbə o komputeri necə tapsın?. Digər şəhərlərdə qalanları niyə düşünmürlər? İmtahan sırasında işıq sönsə, deyirlər ki, bizlik deyil, kəsildiniz! Bu nə deməkdir?! Tələbələri hədsiz çox sıxırlar, hələki bu imtahan sırasında... Mütləq şəkildə notbuk tələb edirlər, tələbəni çox sıxırlar. Xahiş edirik ki, bunları nəzərə alıb bizə kömək edəsiniz".
Qeyd: Adıçəkilən universitet tərəfindən məsələyə münasibət bildirilməsini gözləyirik!