Bakı Ali Neft Məktəbi (BANM) Asiya Universitetlər Birliyi (EURAS) ilə birgə 25 may tarixində “Gənc ali məktəblər üçün beynəlxalq reytinq: Çağırışlar və Fürsətlər” mövzusunda vebinar təşkil edir.
Vebinarda EURAS-ın prezidenti Dos. Prof. Mustafa Aydın, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ADA Universitetinin prorektoru Fariz İsmaılzadə açılış nitqi ilə çıxış edəcəklər.
Vebinarın panel məruzəçiləri Roma Sapienza Universitetinin Rektorunun QS-də Sıralamalar və Biznesin İnkişafı Partnyoru üzrə məsləhətçisi Dario Consolı “Gənc universitetlər və nüfuz: qlobal məlumatlandırma və reytinq vəziyyətini necə artırmaq olar”, İstanbul Aydın Universitetinin prorektoru Prof. Dr. Zafer Aslan, Daffodil Beynəlxalq Universitetinin Tədqiqat şöbəsinin Direktoru Prof. Dr. Md Kabirul İslam “İnstitusionalizasiya tədqiqat mədəniyyəti və universitetlərin dünya reytinqi”, Əl-Farabi Qazax Milli Universitetinin Marketinq və İşəgötürmə Mərkəzinin direktoru Leyla Delovarova və Strateji Marketinq,Marka İdarəetmə müdiri Zhaxybay Suıngarıyev “Qazaxıstan təhsilinin beynəlmiləlləşmə təcrübəsi”, Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji İnkişaf rəhbəri Turan Süleymanov ''Azərbaycan ali məktəbləri beynəlxalq reytinqlərdə, perspektivlərdə və çağırışlarda '' mövzusunda çıxış edəcəklər.
Tədbirin moderatoru İstanbul Aydın Unversitetinin Akademik direktor müavini Ayşe Deniz Ozkandır.