Logo

Ali təhsil müəssisəsi və ya ixtisas seçimində nələrə diqqət edirik?

25.05.2021 00:52 757 baxış
IMG

2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarına az vaxtın qaldığını nəzərə alaraq Media Təhlil Mərkəzi 5-9 may tarixlərində həm cari, həm də ötən illərin abituriyentləri arasında sorğu keçirib. Sorğuda iştirak edən 575 respondentin 49,6%-ni qadınlar, 50,4%-ni kişilər təşkil edib.

 

Sorğunun nəticələri göstərir ki, iştirakçıların 25,9%-i  I , 28,9%-i II, 28,7%-i III, 9,5%-i IV, 7%-i V ixtisas qrupunu seçiblər.

 

Maksimum 3 cavab variantını seçmək imkanına malik olan abituriyentlər təhsil almaq istədikləri ali təhsil müəssisəsində aşağıdakı keyfiyyətləri nəzərə alıblar.

 

Keyfiyyətli təhsil – 50,4%;

 

Universitetin prestiji – 40,3%;

 

Toplayacağım maksimum bal – 35,5%;

 

Yerləşdiyi məkan – 25,7%;

 

İllik təhsil haqqının aşağı olması – 21,7%;

 

Beynəlxalq proqramların olması – 17%;

 

Orada oxumağın daha asan olması – 12,9%;

 

Hələ müəyyənləşdirməmişəm – 5,4%;

 

Sorğuda iştirak edən kişilərin 37, qadınların isə 44 faizi təhsil almaq istədikləri ali təhsil müəssisəsini prestijinə görə seçdiklərini bildiriblər.

 

İxtisas seçiminə gəldikdə, respondentlərin 44,5%-i öz maraq və bacarıqlarına, 15,5 %-i toplayacağı maksimum bala, 13,4%-i həmin sahəyə olan tələbata əsaslanaraq ixtisas seçdiklərini qeyd ediblər.   

 

Cavab verənlərin 12,5%-i seçdikləri istiqamətin perspektivli olmasına və yüksək maaş vəd etməsinə diqqət yetirdiyini, 12,3%-i valideyn məsləhətinə üstünlük verdiyini, 1,8%-i isə hələ seçim etmədiyini bildirib.

 

Sorğuda iştirak edən kişilərin 41, qadınların isə 48 faizi maraq və bacarıqlarını nəzərə alaraq ixtisas seçimi etdiklərini vurğulayıblar.

 

Respondentlərin 79,7%-i təhsil almaq istədiyi istiqaməti öz seçimi əsasında müəyyənləşdirdiyini söyləyib.

 

İştirakçıların 9,6%-i atasının, 7%-i anasının, 1,2%-i nənəsinin və ya babasının, 0,9%-i dost-tanışının, 0,5%-i bacısının və ya qardaşının seçiminə etimad edib. Sorğu iştirakçılarının 1,1%-i təhsil alacağı istiqamətlə bağlı hələ seçim etmədiyini qeyd edib.

Xəbər lenti