Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavriat səviyyəsinə qəbul olan abituriyentlər onlayn qeydiyyatdan keçmək üçün lazımi sənədləri elektron formada [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Akademiyadan bildirilib ki, siyahıya şəxsiyyət vəsiqəsi (PDF), attestat və ya diplom (PDF), abituriyentin ali məktəbə qəbulu haqqında nəticə vərəqi (PDF), abituriyentin DİM səhifəsinə daxil olmaq üçün istifadəçi adı və şifrəsi, 3x4 sm ölçüdə rəngli fotoşəkil, təhsil haqqı ödənişinin qəbzi (PDF), əlaqə vasitələri (mobil, ev telefonu, elektron poçt), təhsil haqqı ödənişindən azad olunan imtiyazlı şəxslərin (şəhid, məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş, Qarabağ və 20 Yanvar əlili övladı statusu olanlar) notarial qaydada təsdiq edilmiş sənədləri (PDF) daxildir.
Qeydiyyatla bağlı daha ətraflı [email protected] elektron poçt ünvanına müraciət etmək olar. Təhsil haqqının ödənişi “Kapital Bank”ın filiallarında və ya bankın ödəniş terminalları vasitəsilə həyata keçirilə bilər.