ADPU-nun ETM:-Elmi işçisi, Respublikanın Əməkdar Müəllimi Zülfiyyə Vəliyeva 20-21 may tarixlərində EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) Azərbaycan təmsilçisi ADPU-nun Filologiya fakültəsinin məzunu, Filologiya üzrə fəlsəfə doktoru Culnurə Babaşovanın direktor olduğu Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Azərbaycan Dillər Universiteti və Uluslararası Dil Eğitimler Derneğinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” adlı Uluslararası Kültür ve Eğitim Forumunda iştirak edib.
Forumda “Nizami Gəncəvi dühasının Bəşəriyyətə verdiyi töhfələr” mövzusunda çıxış etmişdir. 2021-ci il Azərbaycan Respublikasının Prezdenti İ.H.Əliyeva tərəfindən Nizami Gəncəvi ili, Türkiyyə Prezdenti Rəcəb Əyub Ərdoğan tərəfindən Yuniz Əmrə ili elan olunması tarixi hadisədir. XII əsrdə Nizami Gəncəvinin “ Elimlə, biliklə başqa cür heç kəs,heç kəsə üstünlük eylə bilməz!“ , “Eşqidir Mehrabı Uca Göylərin, Eşqisiz ey Dünya nədir dəyərin!”, Yuniz Əmrənin “ Gəl Gör Məni Eşq Neylədi!” ifadələri Yeni Əsrin ,Yeni Eranın əsas prioritetləridir. XXI Əsr BMT-i tərəfində “İntelekk” əsri elan olunmuşdur. Yeni Era Türk Erasında Bəşərin,İnsanlığın qorunmasının yolu məhs İnsanların qəlbində olan İlahi Eşqidən,Allahın yaratdıqlarını sevərək qorumaqdan keçir... Çıxış maraqla qarşılanmışdır. Zülfiyyə xanıma İştirakçı Sertifikatı təqdim olunmuşdur.
22 may tarixində Zülfiyyə xanım Vəliyeva Şəhid Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə Tərbiyyə işləri ürə direktor müavini ADPU-nun İnformatika müəllimliyi fakültəsinin məzunu Aqşin Kasımovun təşkilatçılığı ilə “Kiçik Akademiya"ların məqsədi Ümumtəhsil məktəblərində şagirdlərinin elmi və yaradıcılıq axtarışları, tədqiqat bacarıqlarınin inkişaf etdirilməsi “ mözusunda respublikanın ali məktəb müəllimləri, tanınmış təhsil işçiləri ilə Teams platforması üzərindən keçrilən görüşdə iştirak etmişdir. "Kiçik Akademiya"ların şagirdlərinin elmi və yaradıcılıq axtarışları, tədqiqat bacarıqlarınin inkişaf etdirilməsində rolu“ mövzusunda çıxış edərək, sabahın alimlərinin məhz orta məktəblərdə yetişdirilməsi təhsil sistemin əsas fəaliyyət istiqaməti olduğunu nəzərə alaraq şagidlərin tədqiqat bacarıqların inkişaf etdiriməsi üçün ali məktəblərin orta məktəblərlə əlaqəsinin zəruri olduğunu vurğulamış, 100 yaşlı ADPU-nun M.Rahim adına 7 nömrəli məktəblə əməkdaşlıq nümünəsi olduğunu qeyd etmişdir. Cıxış maraqla qarşılanmışdır. Gənc tətqiqatçıların yetişdirilməsində 281 nömrəli məktəblə əməkdaşlıqla bağlı LDU, BMU, ADSNU nümayəndələri tərəfindən maraqlı tövsiyə və təkliflər olunmuşdur.