Logo

BDU-da "Fakültənin Elmi İnkişaf Tarixi" adlı tədbir keçirilib

25.05.2021 11:18 549 baxış
IMG

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Sosial Elmlər və Psixologiya fakültəsində  "Fakültənin Elmi İnkişaf Tarixi" adlı tədbir keçirilib.

 

Tədbiri ilk öncə Dekan Hikmət müəllim, daha sonra Dekan müavini İranə xanım və Qızılgül xanım açıq elan ediblər. Sosial elmlər və Psixologiya fakültəsinin tarixi haqqında, bu günə qədər gördüyü uğurlu nailiyyətlərdən danışıblar. Tədbirin davamında fakültə sədri Rza Bağırov çıxış edərək fikirlərini bildirib. Daha sonra tələbələrə söz verilib. Nigar Hüseynzadə, Leyla Rəcəbzadə, Songül Ələkbərzadə öz fikirlərini bölüşüblər. Tədbirdə fəaliyyəti dövründə respublika üçün minlərlə yüksək ixtisaslı mütəxəssis hazırlayan SEP fakültəsi barəsində maraqlı məlumatlar səsləndirilib.

 

Həmçinin fakültənin uzun illər ərzində bir sıra xarici ölkələr üçün yüzlərlə kadrlar hazırlaması, beynəlxalq miqyasda tanınan peşəkar professor-müəllim xidməti sayəsində regionun elmi mərkəzinə çevrilməsi haqqında məlumatlar xüsusi vurğulanıb. Sonda isə tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti