Logo

Karantin rejimi ilə bağlı bəzi qadağalar ləğv edildi - SİYAHI

25.05.2021 12:44 926 baxış
IMG

Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində bir neçə qərar qəbul edib.


Tehsil.biz Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə verilən yeni qərarları diqqətinizə çatdırır:

 

- 31 maydan başlayaraq Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur.

 

- 31 maydan Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur. Metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.

 

- 31 maydan regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

 

- 10 iyundan  müvafiq məhdudiyyətlər – maska, məsafə və say həddi nəzərə alınmaqla ibadət yerləri açılacaq.

 

- 10 iyundan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.

 

- 10 iyundan çimərliklərin fəaliyyətinə icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.

 

- 10 iyundan idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək.

Xəbər lenti