Logo

"Yay məktəbi"nin təşkili ilə bağlı sorğu keçirilir

25.05.2021 14:58 1274 baxış
IMG

Təhsil Nazirliyi iyun ayının ikinci yarısı üçün ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin təşkili ilə bağlı sorğu keçirir.

 

Ödənişsiz və könüllü əsasda keçirilməsi nəzərdə tutulan “Yay məktəbi”nin əsas məqsədi ilboyu öyrənilən biliklərin təkrarı və möhkəmləndirilməsidir.

 

"Yay məktəbi" ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək. Aşağıdakı keçidə daxil olaraq sorğuda iştirak etməyiniz tövsiyə olunur.

 

https://s.surveyplanet.com/h59tq2sor

Xəbər lenti