Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinə qarşı qeyri-qanuni addımlar atmaqda ittiham edilir.
Tehsil.biz-in məlumatına görə, bu barədə "Azərbaycan universitetləri" səhifəsi paylaşım edib.
Yayılan məlumatda təhsilhaqqını verə bilməyən III kurs tələbələrini qorxutmaq üçün saxta təqdimat hazırlandığı və tələbələrə göndərildiyi qeyd olunub.
Məsələ ilə bağlı AzMİU-dan Tehsil.biz-ə yayılan məlumatların həqiqəti əks etdirmədiyini, hazırlanmış təqdimatın saxta olduğu bildirildi.
Universitetin informasiya və mətbuat şöbəsindən bildirilib ki, inşaat fakültəsinin dekanı adından rektora belə bir təqdimat göndərilməmişdir:
"Yayılan sənəd tamamilə saxtadır. İnşaat fakültəsinin dekanı adından rektora belə bir təqdimat göndərilməmişdir. Təhsilhaqqları ilə bağlı tələbələrlə görüş keçirilib və həssas qruplarla bağlı bütün məsələlərə aydınlıq gətirilərək tələbələrə narahat olmamaları bildirilib. Həssas qruplara aid olmayan tələbələr üçün də müvafiq güzəştlər nəzərdə tutulub. Belə ki, həmin tələbələr öz təhsilhaqlarını müvafiq güzəştlər çərçivəsində, hissə-hissə ödəyə bilərlər".
Yayılan (saxta) fotonu təqdim edirik: