Logo

Buraxılış imtahanında bir nəfər maksimum bal toplayıb

26.05.2021 12:45 556 baxış
IMG

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb.

 

Tehsil.biz Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 bal toplayıb.

 

Qeyd olunub ki, həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.

Xəbər lenti