Logo

Çikaqo Dövlət Universitetinin professoru BDU tələbələrinə mühazirə oxuyub

26.05.2021 13:56 539 baxış
IMG

Bakı Dövlət Universitetində xarici ölkələrin tanınmış alimlərinin, elm adamlarının silsilə mühazirələri təşkil olunur.

 

Növbəti mühazirəni Biologiya fakültəsində ABŞ-ın Çıkaqo Dövlət Universitetinin Mikrobiologiya, immunologiya, fiziologiya və yoluxucu xəstəliklər departamentinin professoru Nadim Fazal oxuyub. Nadim Fazalın "COVID-19 və həkimlərin üzərinə düşən məsuliyyət" mövzusunda mühazirəsində Biologiya ixtisası üzrə ingilis bölməsində təhsil alan tələbə və magistrantlar, eləcə də professor-müəllim heyəti iştirakı edib, peyvəndlərin hazırlanması, onları təsiri və effektivliyi mövzusunda fikir mübadiləsi aparılıb.

 

Professor Nadim Fazalın immunologiya və fiziologiyanın mühüm aspektlərinə həsr olunmuş silsilə mühazirələrinin təşkil olunacağı qeyd olunub.

Xəbər lenti