Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb.
Tehsil.biz-in məlumatına görə, ən yüksək nəticəni göstərən şagird Şəmkir rayonundakı Düyərli kənd 2 saylı orta məktəbin məzunu Kazımov Ayxan Seymur oğludur.
A.Kazımov birinci ixtisas qrupuna hazırlaşır. O, Bakı Ali Neft Məktəbinə daxil olmağı planlaşdırır.
Buraxılış imtahanında maksimal bal toplayan şagird fizika və riyaziyyat olimpiadalarında yüksək nəticələr göstərib.