Logo

Bu məktəbdə şagirdlər hər ay 100 dollar təqaüd alacaqlar

27.05.2021 10:08 892 baxış
IMG

Yeni dərs ilindən Daşkənd məktəblərində təhsil alan əlaçı şagirdlər hər ay 500 min sum (50 dollar), müəllimlər isə 100 min sum (100 dollar) təqaüd alacaqlar.

 

Tehsil.biz xəbər verir ki, bu haqda Daşkənd şəhərinin rəhbəri Cahangir Artıqxocayev gənclərlə görüşündə bildirib.

 

O deyib ki, paytaxt məktəblərinin hər birində riyaziyyat, fizika, biologiya, kimya və xarici dillər üzrə ən yaxşı 5 şagird seçiləcək, onlar və müəllimləri təqaüd alacaqlar.

 

C. Artıqxocayev bildirib ki, bu üsul şagirdlərdə həmin fənlərə marağın kəskin artmasına səbəb olacaq.

Xəbər lenti