Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyasında “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün 2 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb.
Müsabiqədə yalnız cari ilin məzunları (rus bölməsi) iştirak edə bilərlər.
Xatırladaq ki, sənədlərin qəbuluna mayın 17-dən start verilib. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 27 may - günün sonunadək tələb olunan aşağıdakı sənədlərin fotosurətlərini [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.
1. şəxsiyyət vəsiqəsi;
2. məktəbdən yarımillik qiymətlər göstərilən arayış;
3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);
4. Əlaqə məlumatları.
Müsabiqədə iştirak etmək hüququna 2021-ci ildə orta məktəbin rus bölməsini bitirən, 2021-ci il iyunun 1-dək 19 yaşı tamam olmayan, buraxılış imtahanında 200 və daha yuxarı bal toplayan, attestatında riyaziyyat, ümumi tarix və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən mayın sonlarında onlayn müsahibə keçiriləcək.
Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Ərizə qəbulunda iştirak edən və onlayn müsahibədən uğurla keçən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün qeyd olunan Akademiyaya təqdim olunacaqdır.
Rusiya Gömrük Akademiyası tərəfindən abituriyentlər üçün ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə distant formada imtahan keçiriləcək.
Abituriyentlər onları maraqlandıran əlavə məlumatları (+994 12) 404 22 00 (daxili 01-91) telefonu vasitəsilə, eləcə də müvafiq keçidlərdən əldə edə bilərlər.
Rusiya Gömrük Akademiyasına qəbul qaydaları