Logo

BDU-da liderlik bacarıqları haqqında psixoloji seminar keçirilib

27.05.2021 15:38 543 baxış
IMG

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə psixoloji seminar keçirilib.

 

Seminarda təlimçi Elçin Əzimli liderlik bacarıqları, onu yaradan əsas amillər, təşviqedici məqsədin müəyyən edilməsi və s. haqqında geniş məlumat verib. Şəxsi inkişafın ömür boyu davam edən proses olduğunu bildirən təlimçi psixoloji amillərin gənclərin həyatına göstərdiyi təsirdən, gənclərin tibbi-psixoloji maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

 

Sonda Elçin Əzimli iştirakçılarının suallarını cavablandırıb.

Xəbər lenti