Dövlət qulluğu ilə bağlı imtahanlarının sayının azaldılması təklif olunub.
Tehsil.biz Cebhe.info-ya istinadən xəbər verir ki, belə bir təkliflə parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev Dövlət qulluğu haqqında məsələnin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, dövlət imtahanından bir dəfə keçmiş şəxs sonradan imtahana cəlb edilməsin: “Çünki bu 5 ildə təcrübə qazanır, amma bir də görürsən ki, gənc gəlib imtahandan keçir və onun yerini tutur. Hesab edirəm ki, bu məsələ tənzimlənməlidir. Dövlət qulluğu ilə bağlı qərarların yumşaldılmasına ehtiyac var”.