Logo

Uşaqların sakitliyi hansı təhlükədən xəbər verir? – Psixoloq açıqladı

28.05.2021 08:26 100 baxış
IMG

“Valideynlər "ağıllı, sakit" uşaqlardan xoşlanır. Səssiz-sədasız, varlığı-yoxluğu bir kimi olan uşaqlar cəmiyyət içərisində də "nə qədər ağıllı, sakitdir" deyilərək təqdir edilir. Halbuki uşaqların səssizliyi, təbiətə tərsdir”.
 

Tehsil.biz xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı sosial şəbəkə hesabında əslində bu kimi halların təhlükədən xəbər verdiyini bildirib:
“Uşaqlıq illəri uşağın qaçdığı, coşduğu, maraqla sağa-sola yönəldiyi illərdir. Uşaq bütün bunları buraxıb səssizləşibsə, bu çox vaxt təqdir ediləcək bir uşaq halı deyil, diqqət ediləcək bir vəziyyətdir.


Uşaq emosional ehtiyaclarını ana-atasından almadığına inanananda “öz qabığına” çəkilir, öz içində yaşamağa başlayır. Belə uşaqlar ətrafdan nə qədər səssiz, sakit görünsələr də, iç dünyalarında təkliyi yaşayan uşaqlardır. Uşaqlıq çağlarındakı səssizlik, çox vaxt üzərində düşünülməsi tələb olunan bir vəziyyətdir”.

 

Bizim.Media

Xəbər lenti