Logo

ADPU-da Nailə Mirməmmədlinin xatirəsi yad edilib

28.05.2021 11:33 552 baxış
IMG

Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin təşkilatçılığı, ADPU Tələbə Gənclər Təşkilatının (ADPU TGT) dəstəyi ilə onlayn formada “Microsoft Teams” platformasında unudulmaz bəstəkar, uzun illər ADPU-nun əməkdaşı olmuş Nailə Mirməmmədlinin xatirəsi anılıb və bəstəkara həsr olunan “Nəğmə Dolu Ürək…” adlı kitabın təqdimatı keçrilib.

 

Böyük bəstəkarın 60 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Cəfərova-Qati, İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, dosent Laçın Həsənova, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri, professor Zemfira Abdullayeva, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, BDU-nun Yaradıcılıq Mərkəzinin solisti Aslan Əzimzadə, gizir, Mahnı və rəqs ansamblının solisti Vüsal Ağayev, ADPU-nun Musiqi müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Məxfirət Hüseynova, Musiqi müəllimliyi ixtisası üzə magistrantı Təhminə Məmmədova və 80-ə yaxın tələbə iştirak edib.

 

Çıxış edənlər Nailə xanımla bağlı xatirələrini bölüşmüş, prof. Z.Abdullayeva bəstəkardan bəhs edən “Nəğmə Dolu Ürək…” kitabının təqdimatını etmişdir.

 

Tədbir zamanı Nailə Mirməmmədlinin zəngin yardıcılıq yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

Xəbər lenti