Logo

Təhsil eksperti kolleclərin ləğv edilməsini təklif edir

28.05.2021 17:37 1291 baxış
IMG

"Ali təhsil haqqında Azərbaycan Respublikası Qanunu Milli Məclisdə hələ qəbul olunmayıb”.


Tehsil.biz xəbər verir ki, bu barədə təhsil eksperti Elşən Qafarov sosial şəbəkə hesabında bildirib.


O, kolleclərin ləğv edilərək ali məktəblərin tərkibinə qatılmasını təklif edib:


“Dünya təhsil sisteminə inteqrasiya yolunu seçsək də, biz kolleclərin qalmasına üstünlük veririk. Xaricdə ali təhsilin 4 səviyyəsi var: "subbakalavr, bakalavr, magistratura və doktrantura. Biz kollecləri ləğv edib ali təhsilin tərkibinə qatmaqdansa kollecləri saxladıq və ali təhsil müəssələrinin struktur bölməsinə çevirdik”.

 

Elşən Qafarov qeyd edib ki, Azərbaycanda 61 kollecdə 51 mindən artıq tələbə təhsil alır. Kolleclərdə təhsil haqqı isə 900 manatdır.

Xəbər lenti