Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib.
Liseyin şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının ikinci mərtəbəsindən yerə yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.