Mayın 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU) daxilində fəaliyyət göstərən "Cinema Klub"un təşkilatçılığı ilə “Kinomuzun ilham pərisi” adlı görüş keçirilib.
Görüşün qonağı Azərbaycanın kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, dosent Həmidə Ömərova olub.
"Zoom" platforması üzərindən onlayn keçirilən görüşdə 500 nəfər tələbə iştirak edib. Həmidə xanım tələbələrə öz yaradıcılığından, teatr və kino sahəsinə gəlişindən söhbət açaraq retro və yeni filmlərimizin geniş formada müqayisəsini apararaq kinomuzun inkişafı yollarından danışıb. Eyni zamanda tələbələrin suallarını cavablandıran xalq artisti rol aldığı bir çox filmlərdə yaşanan maraqlı və xoş xatirələrindən də söz açıb.