Logo

Bakı Slavyan Universiteti “Türk Dünyası Dijital Vatandaşlığı” layihəsinə imza atdı

29.05.2021 13:26 482 baxış
IMG

Mayın 28-də Türk dünyası universitetlərinin “Türk Dünyası Dijital Vatandaşlığı” layihəsinin  iş birliyi protokolunun imzalanma tədbiri keçirilib. Məlumat üçün bildiririk ki,bu layihəyə Türk dünyasından  60-a yaxın universitet qoşulub.
     

Qeyd edək ki, Bakı Slavyan Universiteti(BSU)bu layihəyə ilk imza atanlardan biri oldu.Protokolun imzalanma tədbirində BSU-nun rektoru, professor Nurlana  Əliyeva və tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov iştirak ediblər.
     

Tədbirə ev sahibliyi edən Qırğızıstan –Türkiyə Manas Universitetinin  rektoru,professor  Alpaslan Ceylan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ailə məclisi” ifadəsini vurğulayaraq, Türk  dünyası  universitetləri  rektorlarının dəyərli üzvlər olduğunu və bu üzvlərin  sözügedən layihədə  görüşlərinin  davamlı olacağını bildirib. 

 

Layihənin koordinatoru, dosent,Oqtay Özgül tədbirin gedişində  layihəyə imza atmış universitetlərdə hər zaman tədris olunacaq dərslərin məsafədən keçiriləcəyini vurğulayıb. Layihədə  professor-müəllim heyəti, tələbələr, magistranlar iştirak edəcəklər.Qaydalara görə, bacarıqlı, savadlı müəllim-tələbə heyəti  arasından seçilənlərin bilik düşərgələrinə göndəriləcəkləri qeyd edilib.
     

Layihənin tələblərinə görə,tədbirdə iştirak etmiş universitetlərin rektorları bir neçə aydan sonra Türkiyədə bir araya gələcəklər. Bu toplantı bu layihəyə imza atmış universitetlərin yerləşdiyi məkanlarda tanışlıq xarakteri daşıyacaq və davamlı əməkdaşlıq əlaqələri həyata keçiriləcək.

Xəbər lenti