AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Fatma Qəniyevanın “Müasir cəmiyyətdə qonaqpərvərliyin inkişafında texnologiyanın yeri və rolu” mövzusunda məruzəsi Tokioda onlayn formatda keçirilmiş II beynəlxalq müasir elmi-tədqiqatlar konqresinin “Məruzələr” toplusunda yer alıb.
Muzeydən bildiriblər ki, məruzədə qonaqpərvərliyin bir neçə növü (korporativ, siyasi-milli, ailə-məişət qonaqpərvərliyi və s.), o cümlədən informasiyalaşdırılmış cəmiyyətdə qonaqpərvərlik ənənələri barədə ətraflı məlumat verilib.