Logo

80 il sonra təhsilini tamamlayıb humanitar elmlər doktoru dərəcəsini aldı

30.05.2021 11:13 619 baxış
IMG

İkinci Dünya müharibəsində iştirak etmək üçün təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalan ABŞ-ın İllinoys ştatının 97 yaşlı sakini, təxminən 80 il sonra öz arzusunu reallaşdırıb.

 

Xəbəri UPI nəşri dərc edib.

 

Belə ki, Bill Qosset Linkoln kollecindəki təhsilini yarımçıq qoyaraq ABŞ ordusunun hava korpusu adlanan hərbi birləşməsində xidmətə yollanıb.

 

Müharibə bitəndən sonra B. Qosset ailəsinə məxsus “Gossett's Cleaners” şirkətini idarə edib.

 

2019-cu ildə B.Qosset kiçik mütəxəssis dərəcəsini almaq məqsədi ilə Linkoln kollecinə müraciət edib.

 

80 il sonra təhsilini başa vurmaq əzmində olan 97 yaşlı qocanın istəyi kollec rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

 

İkinci Dünya müharibəsi veteranı 2021-ci ildə təhsilini uğurla tamamlayaraq humanitar elmlər doktoru dərəcəsinə layiq görülüb.

Xəbər lenti