Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistratura səviyyəsində oxuyan tələbələr və təhsildən yazan jurnalistlər üçün ixtisaslaşma təlimi keçirəcək.
Təlim 31 may saat 11:00 üçün nəzərdə tutulub.
Təlimdə startap ekosistem təmsilçisi Məmməd Kərim "Rəqəmsal media: yeni trendlər", telejurnalist Xəyal Tağıyev isə "İxtisaslaşmış jurnalistika: müasir mediada onun yeri" mövzularında çıxışlar edəcəklər.