Logo

Alimlər robota hislərini üz cizgilərilə ifadə etməyi öyrətdilər – VİDEO

31.05.2021 09:25 349 baxış
IMG

ABŞ-ın Kolumbiya Mühəndislik İnstitutu laboratoriyasının alimləri beş ildir ki, “EVA” adlandırdıqları avtonom robot-android üzərində çalışırlar.

 

Universitetin saytından verilən məlumata görə, nəhayət ki, mütəxəssislər robota öz hislərini üz cizgilərilə ifadə etməyi öyrədə biliblər. Robot altı hissini – qəzəb, ikrah, qorxu, sevinc, kədər və təəccübünü büruzə verməyi bacarır.

 

Qeyd edək ki, robot əsasən metal və sərt plastikdən hazırlanıb. Onun bir çox hissələri isə 3D printerdə çap edilib.

 

//baku.tv/az/dunyaa/38942/

Xəbər lenti