UNEC-də UNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin təqdimatında “ERMƏNİSTANIN QARABAĞDA İQTİSADİ TERRORU” mövzusunda onlayn seminar keçiriləcəkdir.
Seminarda UNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin rəhbəri prof. Qafar Çaxmaqlı “İşğal dövründə Ermənistan və xarici ölkələr tərəfindən Azərbaycanın sərvətlərinin talan edilməsi” və TC «Bizim Eyvan» jurnalının baş redaktoru, araşdırmaçı Dr.Seradar Kozan “Azərbaycanın 44 günlük zəfərindən sonra Cənubi Qafqaz bölgəsində siyasi-iqtisadi durum və perspektivlər” mövzusunda məruzələrlə çıxış edəcəklər.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin təşkilatçılığı ilə keçiriləcəkdir.
31 may 2021-ci il tarixində saat 12.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən https://zoom.us/94208055183 linki vasitəsilə qoşula bilərsiniz.