1 May saat 19.00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının növbəti buraxılışı yayımlanacaq.
Bu dəfəki proqramda Bakı şəhəri 214 nömrəli məktəbin direktoru Fəttah Fəttayev və 82 nömrəli məktəbin direktoru Leyla Fətiyeva ilə monitorinq barədə danışılacaq.
Proqram hər həftənin çərşənbə axşamı "T-network"-un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
Onu da qeyd edək ki, "Direktorlar klubu" Təhsil Nazirliyinin dəstəyi, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və Kapital Bankın baş sponsorluğu ilə yaradılıb. Kluba üzv olmaq istəyən ümumtəhsil məktəb direktorları müvafiq linkə keçid edə bilərlər: