Logo

Qahirədəki azərbaycanlı tələbələr Respublika gününü qeyd ediblər

01.06.2021 10:36 1017 baxış
IMG

"Vətənpərvər" Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Qahirədə təhsil alan azərbaycanlı gənclər 28 may – Respublika günündə bir araya gəliblər.


Birliyin sədri, tədqiqatçı alim Seymur Nəsirov 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş əlamətdar hadisə münasibətilə gənclərimizi təbrik edib. Bildirib ki, xalqımız və dünya azərbaycanlıları Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının builki ildönümünü qalib dövlətin vüqarlı vətəndaşları kimi qeyd edirlər. Misirdəki diaspor təşkilatının Azərbaycana sevinc yaşadan şəhidlərimizin və qazilərimizin ailələrinə dəstək məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə start götürən "YAŞAT" xeyriyyə marafonunda fəal iştirak etdiyi nəzərə çatdırılıb.


Tələbələrimizin Vətən müharibəsi dövründə və Qələbədən sonra sosial media şəbəkələrinin ərəb seqmentində Azərbaycanın haqq işi və ədalətli mövqeyi barədə həqiqətlərin yayılmasında fəal iştirak etdiyini xatırladan birlik sədri bundan sonra da erməni yalanlarının ifşa edilməsi istiqamətində səylərini davam etdirməyi gənclərə tövsiyə edib.

Xəbər lenti