Logo

Magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrların nəzərinə

01.06.2021 10:43 596 baxış
IMG

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68,69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün 1 – 5 iyun 2021-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/erizemag/proqram/) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Qabiliyyət imtahanları 9–11 iyun tarixlərində keçiriləcəkdir.

 

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Xəbər lenti