Logo

ADPU-nun Fizika fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

01.06.2021 12:46 1290 baxış
IMG

Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsi Elmi Şurasının onlayn formatda genişləndirilmiş iclası baş tutub. İclasın gündəliyinə fakültədə 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına  hazırlığın vəziyyəti haqqında məlumat (kafedra müdirlərinin hesabatı), 2020/2021-ci tədris ili üçün IV tədris ili tələbələrinin pedaqoji təcrübəsinin yekunları, ADPU-nun 100 illik yubileyinin  keçirilməsi ilə bağlı Fizika fakültəsinin fəaliyyət planı, fakültənin əməkdaşlarının hazırladığı dərs vəsaitləri və metodik göstərişlərin müzakirəsi,  Fizikanın tədrisi texnologiyası kafedrasının doktorantının dissertasiya mövzusu və elmi rəhbərinin təsdiqi daxil edilib.


İclası giriş sözü ilə açan Fizika fakültəsi Elmi Şurasının sədri,  dosent Arzu Daşdəmirov genişləndirilmiş iclasın gündəliyinə daxil olan məsələləri Elmi Şura üzvlərinin və professor-müəllim heyətinin  diqqətinə çatdırıb. O, çıxışında qeyd edib ki, ADPU-da STEAM mərkəzi yaradılıb və fakültənin əməkdaşlarının bir hissəsi STEAM əsaslı fənləri tədris etmək üçün təlimlərə cəlb edilib. Fizika fakültəsində STEAM laboratoriyasının yaradılması nəzərdə tutulub. Daha sonra ADPU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı ADPU rəhbərliyinin təsdiq etdiyi tədbirlər planı haqqında geniş  məlumat verilib. Dos. A.Daşdəmirov fakültədə100 illik yubileyə həsr olunmuş kitabın hazırlandığını qeyd edib. 


İclasın gedişatında Ümumi fizika kafedrasının müdiri, dosent Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Sevinc Cəlilova, Əməyin texnologiyası kafedrasının müdiri, dosent Səadət Musayeva 2020/21-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına  hazırlığın vəziyyəti haqqında hesabatla çıxış ediblər. 


IV tədris ili tələbələrinin pedaqoji təcrübəsinin yekunlaşdırılması ilə bağlı kafedra müdirləri, – dos. S.Cəlilova və S.Musayeva ətraflı məlumat veriblər. Kafedra müdirlərinin hesabatı qəbul edilib və qənaətbəxş hesab olunub. 


Cari məsələlərdə   2020/2021-ci tədris ilində fəlsəfə doktoru hazırlığı proqramına 5801.01-Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (fizikanın tədrisi metodikası) ixtisası üzrə qəbul olunmuş Tapdıqlı Cavid Vüqar oğlunun  dissertasiya mövzusu  “Orta ümumtəhsil məktəblərinin VII-VIII siniflərində fizikanın tədrisində virtual laboratoriyanın yeri, rolu, sistemi və tədrisi metodikası”,  elmi rəhbəri prof. İsmayılov İsa Namaz oğlu kimi təsdiq edilib. Daha sonra fakültənin əməkdaşlarının elmi-pedaqoji kadr hazırlığı üçün müəllifi olduqları  dərs vəsaitləri və metodik göstərişlər müzakirə olunub.

Xəbər lenti