BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda keçirilən onlayn esse müsabiqəsində III yerə layiq görülüb.
Gənclər və İdman Nazirliyində qaliblərin mükafatlandırılması mərasimində Şahin Yusifli diplom və pul mükafatı ilə təltif edilib.